Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn fonetika elmi, Azərbaycan ədəbi dilinin ən kiçik vahidi olan danışıq səsləri, fonemlər sistemi, fonetik hadisələr və ahəng qanunu, vurğu, durğu, heca, avazlanma sistemləri və s. haqqında geniş təsəvvür yaradır. Fənnin tədrisi zamanı fonetik transkripsiya, artikulyar fonetika (nitq səslərinin necə əmələ gəldiyini), akustik fonetika (nitqin fiziki xassələrini) və eşitmə fonetikası (nitq səslərinin necə qəbul edildiyini) araşdırılır. Praktiki məşğələlər və nitq nümunələrinin təhlili Azərbaycan dilində fonetik hadisələrin və ahəng qanununun başa düşülməsini təmin edir, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya qaydaları haqqında ətraflı təəssürat yaradır.