Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin tipi
University Core
Fənnin təsviri
Bu fənn təhsil hüququnun təmin edilməsində dövlət siyasətinin əsas prinsiplərini, təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini, eləcə də təhsilin müxtəlif pillələrini tənzimləyən müvafiq qanunların və digər normativ hüquqi aktların əsaslarını öyrənir.
Fənn çərçivəsində vurğulanır ki, Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşıyır və vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli sahədir. Gələcək müəllimlər öyrənirlər ki, Azərbaycanda təhsil insan hüquqları üzrə beynəlxalq konvensiyalara və ölkənin qoşulduğu digər beynəlxalq müqavilələrə əsaslanır. Həmçinin onlar anlayırlar ki, milli, mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında təhsil sistemi qlobal təhsil standartları ilə inteqrasiya olunur və bu istiqamətdə inkişaf edir.