Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn maddələrin quruluşu, kimyəvi proseslərin fiziki əsasları və disper sistemlərin xüsusiyyətlərini öyrədir. Fənn çərçivəsində termodinamikanın əsas qanunları, kimyəvi tarazlıq, faza keçidləri, reaksiyaların sürəti və kinetikası, molekulyar hərəkət və məhlulların xassələri öyrənilir. Kolloid kimya bölməsində isə koloid sistemlərin yaranması, quruluşu və sabitliyi, adsorbsiya hadisələri, səthi gərginlik, emulsiyalar, aerosollar və gel sistemlərinin xüsusiyyətləri müzakirə olunur. Fənn tələbələrə kimyəvi reaksiyaların fiziki prinsiplərini izah etməyi, dispers sistemlərin davranışını təhlil etməyi və fiziki-kolloid kimyanın həm tədrisdə, həm də sənaye və texnologiyada tətbiqlərini qiymətləndirməyi öyrədir.