Fənnin tədris edildiyi dil
English
Fənnin təsviri
Bu fənn gələcək ibtidai sinif müəllimlərini kodlaşdırmanı ibtidai kurikulum sahələrinə inteqrasiya etməyə hazırlayır. Kursu bitirən gələcək müəllimlər ibtidai sinif şagirdlərini kompüter proqramlaşdırmasının əsasları və uşaqlar üçün uyğun olan kodlaşdırma anlayışları ilə tanış etmə bacarığına, ibtidai sinif şagirdlərinin cəlbedici şəkildə dizayn edilmiş “uşaq dostu” kodlaşdırma platformalarından istifadə etməsini asanlaşdıran təlim strategiyalarına, kodlaşdırmanın alqoritmlər, ardıcıllıq, şərtlər və dəyişənlər kimi təməl prinsiplərini mənimsətmə texnologiyalarına yiyələnirlər. Fənnin tədrisi zamanı təcrübi kodlaşdırma fəaliyyətləri və layihələr vasitəsilə azyaşlıların problem həlletmə bacarıqlarının, hesablama təfəkkürünün və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi imkanları araşdırılır.