Əzizağa Nəcəfov
Bioqrafiya
2007-ci ildə Azərbaycan ədəbiyyatı ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2016-cı ildə dosent elmi adına, 2024-cü ildə filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Ölkənin aparıcı orta ixtisas və ali təhsil müəssisələrində geniş pedaqoji fəaliyyət təcrübəsinə malikdir. C.Naxçıvanski adına Hərbi Liseydə, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universitetində SABAH qruplarında təhsil alan tələbələrə Azərbaycan ədəbiyyatı, Azərbaycan dilinin tarixi, Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası fənlərini tədris etmişdir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi, Hüseyn Cavidin Ev Muzeyində aparıcı elmi işçi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi katib və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.
120-dən çox elmi nəşrin, o cümlədən monoqrafiya və dərs vəsaitlərinin müəllifidir, ölkədə və xaricdə bir sıra elmi-tədqiqat layihələrində iştirak etmişdir. Elmi tədqiqatları klassik və müasir Azərbaycan şairlərinin yaradıcılığının poetikalinqvistik, psixopoetik və komparativistik istiqamətdə tədqiqinə yönəlmişdir. Hal-hazırda Qarabağ Universitetinin Filologiya kafedrasının müdiridir.
Təhsili
2011 – 2015
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Azərbaycan ədəbiyyatı, DSc
2002 – 2005
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Azərbaycan ədəbiyyatı, Doktorantura dərəcəsi
2000 – 2002
Bakı Dövlət Universiteti
Azərbaycan ədəbiyyatı, Magistr dərəcəsi
1996 – 2000
Bakı Dövlət Universiteti
Filologiya, Azərbaycan dili və ədəbiyyat, Bakalavr dərəcəsi
Mükafatlar
- “Vətən naminə” medalı,
- “Nizami Gəncəvi – 880” xatirə döş nişanı
Tədqiqat maraqları
- Nizamişünaslıq
- Füzulişünaslıq
- Cavidşünaslıq
- Müqayisəli ədəbiyyatşünaslıq