Pedaqoji fakültə

Venera Dadashova

Venera Dadaşova

Əlavə vəzifəsi
Müəllim
Tədris etdiyi fənn(lər)

Bioqrafiya

2013–2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra, 2018–2021-ci illərdə Türkiyədə, Eskişehir Anadolu Universitetinin Təhsilin Elmləri Fakültəsində “Təhsilin İdarə Edilməsi” ixtisası üzrə magistratura təhsilini yüksək akademik göstərici (ÜMOG 3.96/4) ilə tamamlamış və Türkiyə dövləti “Akademik Nailiyyət” təqaüdünə layiq görülmüşdür. 2021-ci ildə eyni universitetdə Türkiyə respublikasının dövlət təqaüdün proqramına seçilərək doktorantura (PhD) başlamış və hazırda təhsilini bitirmək üzrə davam etdirir. 

Magistratura dövründə universitetin Stratejik Araşdırmalar Mərkəzində (ANASAM) tədqiqatçı kimi fəaliyyət göstərmiş, təhsil sistemləri üzrə müqayisəli təhlillər və analitik hesabatlar hazırlamışdır. 2018-ci ildən etibarən Təhsil Elmləri Fakültəsində həyata keçirilən elmi layihələrdə iştirak edərək müəllimlərin psixoloji kapitalı, motivasiya və təhsil idarəçiliyi üzrə tədqiqatlar aparmışdır.

Təhsili

2021- davam edir

Anadolu Universiteti, Türkiyə

Təhsilin İdarə Edilməsi, Doktorantura 

 

2018-2021

Anadolu Universiteti, Türkiyə 

Təhsilin İdarə Edilməsi, Magistr dərəcəsi

 

2013-2017

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Təhsildə Sosial-Psixoloji Xidmət, Bakalavr dərəcəsi

Mükafatlar

2020-2021 Türkiyə Dövləti Təqaüdü “Akademik Nəaliyyət” mükafatı

2019–2020-ci il Eskışehir Azərbaycanlılar Dərnəyi “Akademik Nəaliyyət” mükafatı (2 dəfə)

Tədqiqat maraqları

  • Müəllimlərin Psixoloji Kapitalı: Ümid, özünə inam, davamlılıq və optimizm kimi psixoloji faktorların müəllim fəaliyyətinə təsiri.
  • Peşəkar Davamlılıq və Müəllim Motivasiyası: Müəllimlərin uzunmüddətli peşəkar fəaliyyəti və davamlılığına təsir edən amillərin araşdırılması.
  • Təhsil İdarəçiliyi və Liderlik: Təhsil müəssisələrində idarəetmə yanaşmaları və pedaqoji liderliyin müəllim performansına təsiri.
  • Xüsusi Təhsildə Müəllim Problemləri: Xüsusi təhsil məktəblərində çalışan müəllimlərin qarşılaşdıqları çətinliklər və peşəkar ehtiyaclar.
  • Empirik və Sahə Tədqiqatları: Dövlət məktəblərində aparılmış anket əsaslı empirik araşdırmalarla statistik təhlillərin aparılması.

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.