Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn XVI əsrin sonlarından XIX əsrin əvvəllərinə qədər dünya tarixinin əsas mərhələlərini öyrənir. Fənnin tədrisi zamanı Avropa dövlətlərində mütləqiyyət rejimlərinin möhkəmlənməsi, beynəlxalq münasibətlər sistemi, Böyük coğrafi kəşflərin nəticələri və dünya iqtisadiyyatında kapitalist münasibətlərinin inkişafı təhlil olunur. Qərbi Avropada (İngiltərə, Fransa və digər ölkələr) burjua inqilabları, ABŞ-ın istiqlaliyyət hərəkatı, maarifçilik ideyaları və onların dövlətçilik və cəmiyyət həyatına təsiri, Osmanlı imperiyası, Rusiya, Çin və digər dövlətlərin yeni dövrdəki vəziyyəti də müqayisəli şəkildə araşdırılır. Kursun yekun mərhələsini XIX əsrin əvvəllərində sənaye inqilabının başlanması, beynəlxalq ticarət əlaqələrinin genişlənməsi və kapitalist münasibətlərinin qlobal təsiri təşkil edir. Dünya tarixi (yeni dövr) fənni tələbələrə yeni dövrün siyasi, iqtisadi və sosial dəyişikliklərini, Avropa və dünya tarixində dönüş yaradan hadisələrin mahiyyətini anlamaq bacarığı qazandırır.