Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn dünya siyasi sisteminin tarixi inkişafını və beynəlxalq münasibətlərin formalaşma mərhələlərini əhatə edir. Fənn qədim və orta əsr dövlətləri arasında siyasi əlaqələrdən başlayaraq, yeni dövr diplomatiyasının və beynəlxalq hüququn əsaslarının yaranmasını öyrədir. Kurs XVIII–XX əsrlərdə Avropa inqilabları, müstəmləkəçilik və imperializm siyasəti, iki dünya müharibəsi, soyuq müharibə və onun nəticələri kimi qlobal prosesləri təhlil edir. Tələbələr müxtəlif dövlətlərin daxili və xarici siyasətini müqayisə edir, siyasi ideologiyaların və beynəlxalq ittifaqların formalaşmasında rol oynayan amilləri araşdırırlar. Kurs həmçinin müasir dövrdə beynəlxalq münasibətlər sisteminin dəyişməsi və qlobal siyasi tarazlıqların təhlilinə yönəlmişdir.