Fənnin tədris edildiyi dil
English
Fənnin təsviri
Bu fənn müxtəlif ana dili daşıyıcılarına ingilis dilini öyrətmək üçün effektiv pedaqoji yanaşmaları və praktiki metodları öyrədir. Tələbələr ingilis dilinin tədrisini nəzəri əsaslar və praktiki strategiyalar üzərində quraraq kommunikativ dil öyrətmə bacarıqlarına yiyələnəcəklər. Fənn çərçivəsində tapşırıqəsaslı təlim, öyrənənlər üçün əlverişli və stimullaşdırıcı mühitin yaradılması, dilin mənimsənilməsi nəzəriyyələri, kurikulumun dizaynı, dərs planlaşdırılması, qiymətləndirmə üsulları və TESOL kontekstində sinifin idarə olunması mövzuları öyrəniləcək. Əsas diqqət praktiki tədris bacarıqlarının inkişafına, müxtəlif mənimsəmə qabiliyyətlərinə malik öyrənənlərin ehtiyaclarına uyğun metodların tətbiqinə, dil bacarıqlarının dərinləşdirilməsinə və mədəni müxtəlifliklə bağlı anlayışların formalaşdırılmasına yönələcək.