Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn gələcək Azərbaycan dili və ədəbiyyat müəllimlərini ədəbi əsərlərin tədrisində nəzəri və praktik yanaşmalarla təmin edir. Kursun əsas məqsədi tələbələrdə ədəbiyyatın təlim məqsədlərini, məzmununu və strukturunu dərk etməklə yanaşı, onun tədrisində yaradıcı, tənqidi və interpretativ bacarıqlar formalaşdırmaqdır. Fənn çərçivəsində ədəbi janr və üslubların tədris metodları, bədii mətnin təhlili və şagirdlərlə müzakirə aparma yolları, müasir pedaqoji texnologiyalardan, İKT və layihə əsaslı öyrənmədən istifadə, həmçinin formativ və summativ qiymətləndirmə prinsipləri öyrədilir. Tələbələr bədii oxu, yaradıcı yazı, debat, dramatizasiya kimi interaktiv üsullardan istifadə etməklə ədəbi düşünməni və estetik zövqü inkişaf etdirməyi öyrənir, inklüziv və diferensial təlim prinsiplərini tətbiq etmə bacarığı qazanırlar.