Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin tipi
Elective - Block 4
Fənnin təsviri
Bu fənn çoxdəyişənli funksiyaların inteqral hesabının əsas anlayış və metodlarını təqdim edir. Fənn çərçivəsində iki və ya üç ölçülü sahələrdə inteqral hesabı, ikili və üçlü inteqraların qiymətləndirilməsi öyrənilir, mühüm teoremlər əhatə olunur, çoxdəyişənli inteqralın praktiki tətbiqlərinə, məsələn: sahələrin, həcm və axının hesablanmasına, çoxölçülü məkanlarda fiziki hadisələrin təhlilinə xüsusi diqqət yetirilir. Təkdəyişənli kalkulyus üzrə təməl biliklərə malik tələbələr üçün nəzərdə tutulan bu fənn onları riyaziyyat və əlaqəli sahələrdə qabaqcıl təhsil üçün hazırlayır. Fənnin tədrisi zamanı istifadə olunan alətlər fizika, mühəndislik və iqtisadiyyat kimi sahələrdə problemlərin həlli üçün tətbiq edilir.