Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn tələbələri CİS-in əsas anlayışları, komponentləri və tətbiq sahələri ilə tanış edir. Fənn çərçivəsində məkan məlumatlarının toplanması, saxlanması, idarə olunması, emalı və vizuallaşdırılması prinsipləri öyrədilir. Tələbələr coğrafi məlumat bazalarının qurulması, rəqəmsal xəritələrin yaradılması, məkan analizlərinin aparılması və müxtəlif coğrafi problemlərin həlli üçün CİS alətlərindən istifadə bacarıqlarını inkişaf etdirirlər. Bu fənn gələcəyin müəllimlərini CİS texnologiyalarının təhsil, elmi tədqiqat və praktiki sahələrdə, xüsusilə şəhərsalma, ətraf mühitin mühafizəsi, resursların idarə olunması və coğrafi planlaşdırmada tətbiq imkanları ilə tanış edir.