Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin tipi
Elective - Block 2
Fənnin təsviri
Coğrafi İnformasiya Sistemləri (CIS) 2 və uzaqdan zondlama Bu fənn tələbələrə coğrafi informasiya sistemlərinin (CİS) qabaqcıl funksiyaları və uzaqdan zondlama texnologiyalarının əsasları haqqında dərin biliklər verir. Fənnin birinci hissəsində məkan məlumatlarının emalı, məkan analizləri, modelləşdirmə metodları, verilənlərin vizuallaşdırılması və tematik xəritələrin hazırlanması kimi mütərəqqi CİS-in imkanları öyrədilir. İkinci hissədə isə uzaqdan zondlama texnologiyalarının nəzəri əsasları, peyk və aerokosmik təsvirlərin əldə olunması, emalı və təhlili, bu məlumatların ətraf mühitin monitorinqində, təbii ehtiyatların idarə olunmasında və şəhər planlaşdırılmasında tətbiqi araşdırılır. Fənn tələbələrin coğrafi məlumatlarla işləmək bacarıqlarını genişləndirərək onların CİS və uzaqdan zondlama metodlarını inteqrasiya edilmiş şəkildə tətbiq etmələrinə imkan yaradır.