Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn tələbələrə coğrafi proseslərin və məkan hadisələrinin öyrənilməsində tətbiq olunan riyazi anlayış və üsulları mənimsətməyə yönəlmişdir. Fənn çərçivəsində riyazi modelləşdirmə, riyazi-statistik metodlar, xətti və qeyri-xətti funksiyalar, diferensial və inteqral hesab elementləri, ehtimal və korrelyasiya anlayışları haqqında geniş təsəvvür yaradılır. Tələbələr coğrafi məlumatların təhlilində riyazi yanaşmalardan istifadə etməyi, məkan və zaman üzrə dəyişiklikləri hesablamağı, həmçinin riyazi alətlərin köməyi ilə coğrafi qanunauyğunluqları izah etməyi öyrənirlər. Fənn gələcək coğrafiya müəllimlərinə həm nəzəri riyazi biliklərini möhkəmləndirmək, həm də bu bilikləri praktik təlim prosesində və elmi araşdırmalarda tətbiq etmək imkanı yaradır.