Zahir Hacızadə
Bioqrafiya
Zahir Hacızadə statistika nəzəriyyəsi və tətbiqi statistika sahəsində ixtisaslaşmış müəllim və tədqiqatçıdır. O, Türkiyə və Azərbaycanda sənaye və akademik mühitdə praktik təcrübə qazanmışdır. Türkiyədə fəaliyyət göstərdiyi müddətdə iki elmi layihədə tədqiqatçı kimi iştirak etmiş, statistik modelləşdirmə və məlumatların analizi istiqamətində araşdırmalar aparmışdır. Elmi fəaliyyəti çərçivəsində beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. Eyni zamanda SPSS, Python və digər statistik paket proqramları üzrə konsaltinq və təlim xidmətləri göstərmiş, məlumatların analizi, modellərin qurulması və nəticələrin elmi interpretasiyası sahəsində dəstək vermişdir. Hazırda elmi maraq dairəsi statistik öyrənmə metodları və Machine Learning alqoritmlərinin tətbiqi istiqamətində formalaşmışdır və bu sahədə tədqiqatlarını davam etdirir.
Təhsili
Bakalavr dərəcəsi – Mühasibatlıq və Audit, Azərbaycan Dövlət İqtisad Universiteti – SABAH qrupları, 2018
MBA – Bankçılıq, Anadolu Universiteti, 2020
Magistr dərəcəsi – Statistik Nəzəriyyə, Eskişehir Technical Universiteti, 2023
Doktorantura təhsili (PhD) – Statistik Nəzəriyyə, Eskişehir Technical Universiteti
Tədqiqat maraqları
- Statistik Nəzəriyyə və Tətbiqi Statistika
- Ehtimal Paylanmaları və Parametrik Modelləşdirmə
- Normalik Testləri və Uyğunluq Kriteriyaları
- Monte Karlo Simulyasiyaları və Statistik Güc Analizi
- Maşın Öyrənmə Alqoritmləri və Statistik Öyrənmə Metodları
- Etibarlılıq Nəzəriyyəsi və Weibull Paylanmasının Tətbiqləri