Nigar Abdullayeva
Bioqrafiya
Nigar Abdullayeva İtaliyanın Bocconi Universitetində Beynəlxalq İqtisadiyyat və Menecment üzrə bakalavr, İnnovasiya və Texnologiyanın İqtisadiyyatı və Menecmenti üzrə magistr təhsilini uğurla tamamlamışdır. O, uzun illər muxtəlif xarici şirkətlərdə və BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) kimi beynəlxalq təşkilatlarda çalışmışdır. İtaliya, Almaniya, və Böyük Britaniya da daxil olmaqla müxtəlif ölkələrdə maliyyə və strateji planlaşdırma sahəsində mütəxəssis kimi fəaliyyət göstərmişdir. Nigar xanım beynəlxalq təcrübəsini tədrisə daşıyaraq UNEC, ADA və BMU-da MBA və bakalavr səviyyələrində maliyyə və menecment, liderlik, fənlərini tədris etmişdir.
Hal-hazırda o, Qarabağ Universitetində tələbələrə real iş təcrübəsinə əsaslanaraq menecment və maliyyə fənlərini tədris edir.
Təhsili
Bakalavr dərəcəsi – Beynəlxalq İqtisadiyyat və İdarəetmə, Bocconi University, 2009
Magistr dərəcəsi – İnovasiya və Texnologiyanın İqtisadiyyatı və İdarəetməsi, Bocconi University, 2012
Doktorantura təhsili (PhD namizədi) – Azərbaycan Dövlət İqtisad Universiteti
Tədqiqat maraqları
- İnnovasiyaların idarə edilməsi
- Maliyyə menecmenti və investisiya qərarları
- Strateji menecment
- Turizmdə innovasiyalar