Biznes və iqtisadiyyat fakültəsi

fuad-ağaməmmədli

Fuad Ağaməmmədli

Əlavə vəzifəsi
Müəllim
Tədris etdiyi fənn(lər)

Bioqrafiya

Fuad Ağaməmmədli kəmiyyət metodları və qərarvermə sahəsində ixtisaslaşmış tədqiqatçı və müəllimdir. O, bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə, magistratura təhsilini Anadolu Universitetində Kəmiyyət Metodları üzrə, doktorantura təhsilini isə İstanbul Universitetində Kəmiyyət Metodları ixtisası üzrə yüksək akademik göstəricilərlə başa vurmuşdur. Hazırda Qarabağ Universitetində müəllim kimi fəaliyyət göstərir. Bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Universitetində müxtəlif iqtisadi və kəmiyyət yönümlü fənləri tədris etmişdir. Tədris etdiyi fənlərə statistika, ekonometrika, əməliyyatların tədqiqi, qərarvermə metodları, biznes analitikası, layihələrin idarə olunması və digər sahələr daxildir. Elmi və təşkilati fəaliyyət çərçivəsində bir sıra beynəlxalq konfransların təşkilat komitəsində yer almışdır. Analitik düşüncə, tədqiqat bacarıqları və məlumatların emalı sahəsində güclü praktiki biliklərə malikdir. SPSS, R, Python, Power BI və digər analitik proqramlarla işləmə bacarığı vardır. Akademik fəaliyyətində innovativ yanaşma və tətbiqi istiqamət əsas prioritetlərindəndir.

Təhsili

Bakalavr dərəcəsi – Biznesin İdarəedilməsi, Azərbaycan Dövlət İqtisad Universiteti, 2012–2016

Magistr dərəcəsi – Kəmiyyət Metodlar, Anadolu University, 2017–2019

Doktorantura təhsili (PhD) – Kəmiyyət Metodları, İstanbul University, 2019–2024

Tədqiqat maraqları

  • Məlumat elmi
  • Çoxkriteriyalı qərar qəbuletmə
  • Qərar qəbuletmə
  • Əməliyyatların tədqiqi
  • Bulanıq sistemlər

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.