Firudin Sultanov
Bioqrafiya
Firudin Sultanov 20 ildən artıq pedaqoji təcrübəyə malikdir və bu müddət ərzində müxtəlif dövlət, özəl və beynəlxalq təşkilatlar üçün peşəkar təlim və konsaltinq xidmətləri göstərmişdir. Peşəkar mühasibat təşkilatı ARPA-da Mühasibat Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir. Ali təhsilin bütün səviyylərini xaricdə başa vurmuş, mühasibatlıq sahəsi üzrə bir sıra beynəlxalq və yerli sertifikatlara malikdir.
Hazırda Firudin Sultanov Dövlət İmtahan Mərkəzində Peşəkar Mühasib Sertifikatı üzrə, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və “Yüksəliş” müsabiqəsi çərçivəsində ekspert kimi fəaliyyət göstərir. O, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları” adlı dərsliyin həmmüəllifidir və mühasibat sahələrində bir sıra elmi məqalələrin müəllifidir.