Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn ali bitkilərin quruluşu, inkişafı, çoxalması və sistematikası, bitkilərin generativ orqanları – çiçək, meyvə və toxumun morfologiyası və inkişaf mərhələləri ilə bağlı bilikləri əhatə edir. Tələbələr bitkilərin çoxalma üsullarını, genetik müxtəlifliyin yaranma yollarını öyrənir, ali göbələklərin quruluşu, fiziologiyası, çoxalması haqqında məlumat əldə edirlər. Fənnin məqsədi tələbələrə bitki və göbələklər aləminin müxtəlifliyini, onların ekoloji və təsərrüfat əhəmiyyətini aşılamaq, bu sahədə əldə edilən fundamental bilikləri təcrübədə tətbiq etmək imkanı yaratmaqdır.