Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn ibtidai bitkilərin quruluşu, inkişafı, çoxalması və sistematikası, ali bitkilərin hüceyrə quruluşu, toxumaları və əsas vegetativ orqanları – kök, gövdə və yarpağın morfologiyası və anatomiyası ilə bağlı bilikləri əhatə edir. Tələbələr bitki orqanizmində fizioloji proseslərin (fotosintez, tənəffüs, su və mineral maddələrin daşınması) əsaslarını öyrənir, onların ekoloji şəraitə uyğunlaşma mexanizmlərini anlamağa başlayır. Fənnin məqsədi tələbələrə bitkilərin quruluş və funksiyalarını öyrətmək, nəzəri bilikləri laborator təcrübə işlərində və gələcək pedaqoji fəaliyyətdə tətbiqi üçün əsas bilik bazası formalaşdırmaqdır.