Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn biologiya fənninin orta məktəblərdə müasir tələblərə uyğun şəkildə tədrisi üçün nəzəri və praktik əsasları öyrənməyə yönəlmişdir. Fənn çərçivəsində biologiyanın məzmun və tədris proqramlarının analizi, dərs planlaşdırılması, müxtəlif yaş qruplarına uyğun təlim metod və strategiyalarının seçilməsi, laboratoriya və praktiki işlərin təşkili, qiymətləndirmə vasitələrinin hazırlanması və tətbiqi məsələləri öyrədilir. Tələbələr həmçinin fənlərarası inteqrasiya imkanlarını araşdırır, innovativ təlim texnologiyalarından, İKT-dən və yaradıcı pedaqoji yanaşmalardan istifadə etməyi öyrənirlər. Məqsəd tələbələrdə biologiya fənninin səmərəli tədrisi, şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması və təlim prosesində tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına yönəlmiş metodik bilik və bacarıqların formalaşdırılmasıdır.