Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn Azərbaycan uşaq ədəbiyyatının zəngin və çoxşaxəli dünyasını tədqiq edir, tənqidi təhlilə, janrların öyrənilməsinə və uşaqların inkişafında, sağlam mövqeyə malik vətəndaş kimi formalaşmasında ədəbiyyatın roluna diqqət yetirir. Fənnin tədrisi prosesində Azərbaycan uşaq ədəbiyyatının klassik və müasir nümunələri, o cümlədən şəkilli kitablar, ilin fəsilləri ilə bağlı nəşrlər, uşaq şeirləri, təmsillər və digər bədii ədəbiyyat nümunələri uşaqların yaş səviyyəsinə uyğunluğuna diqqət yetirməklə araşdırılır. Keyfiyyətli uşaq ədəbiyyatı nümunələrinin kompleks təhlili əsasında hər hansı bir əsərin azyaşlıların dünyagörüşünün inkişafında, dil bacarıqlarının artırılmasında və sosial-emosional böyüməsində nə dərəcədə mühüm rol oynaması üzə çıxarılır. Əsas diqqət mütaliə materialları içərisindən keyfiyyətli uşaq ədəbiyyatını seçmək və peşəkar fəaliyyətdə ondan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirməyə yönəlir. Mövzulara hekayə texnikası, tematik təhlil, fənlərarası əlaqələr, uşaqlarda mütaliəyə maraq oyatmaq və onları davamlı oxumağa təşviq etmək üçün müxtəlif strategiyalardan istifadə daxildir.