Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn XIII–XVIII əsrlərdə Azərbaycanın Orta əsr dövlətçilik ənənələrinin inkişafını əhatə edir. Burada Monqol və Hülakülər dövrü, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin siyasi həyatı, idarəçilik sistemi, sosial-iqtisadi münasibətlər və mədəni irsi öyrənilir. Səfəvilər dövləti kursun əsas mövzularından biridir: dövlət quruculuğu, dini siyasət (şiəliyin rəsmi ideologiyaya çevrilməsi), iqtisadi əlaqələr, beynəlxalq münasibətlər və mədəni yüksəliş geniş şəkildə təhlil olunur. Nadir şah dövrü, Səfəvi dövlətinin süqut səbəbləri və XVIII əsrdə Azərbaycanın siyasi parçalanması nəticəsində yaranmış xanlıqlar sistemi də kursun mühüm hissəsidir. Tələbələr orta əsr siyasi hadisələrinin Azərbaycan xalqının milli kimliyinə təsirini öyrənir və regionun beynəlxalq güclərlə münasibətlərini analiz edirlər.