Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn Azərbaycanın fiziki-coğrafi, təbii-iqtisadi və sosial-coğrafi xüsusiyyətlərini öyrənir. Fənn çərçivəsində ölkənin relyefi, iqlimi, su ehtiyatları, torpaq və bitki örtüyü, təbii sərvətləri, əhalisi, şəhər və kənd məskunlaşması, iqtisadi-coğrafi rayonlaşdırılması, həmçinin regionların inkişaf perspektivləri araşdırılır. Tələbələr Azərbaycanın təbii-coğrafi müxtəlifliyini, ekoloji problemlərini, turizm və təbii resurs potensialını təhlil etməyi öyrənir, coğrafi bilikləri xəritə və statistik materiallarla əsaslandırırlar. Fənnin məqsədi tələbələrə Azərbaycanın coğrafi mühitini dərindən dərk etdirmək, ölkənin dayanıqlı inkişafı və regional potensialının qiymətləndirilməsi istiqamətində praktik bacarıqlar formalaşdırmaqdır.