Vladislav Kuznetsov
Bioqrafiya
Vladislav Kuznetsov 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmuş və 1995-ci ildə
orkestr alətləri fakültəsini trombon və truba ixtisası üzrə bitirmişdir.
1988–1992-ci illərdə Dövlət Nəfəs Orkestrində artist kimi fəaliyyət göstərmişdir.
1993–2018-ci illərdə Opera studiyasında orkestr artisti kimi çalışmışdır. 1990-cı ildən
Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətə başlamış, 2001-ci ildə baş müəllim,
2010-cu ildə isə dosent vəzifəsinə seçilmişdir.
Onun rəhbərliyi altında yetişən tələbələr respublika və beynəlxalq müsabiqələrin
laureatları olmuş, bir neçə məzunu Prezident təqaüdünə layiq görülmüşdür. Müxtəlif
ölkələrdə keçirilən müsabiqələrdə münsiflər heyətinin üzvü kimi iştirak etmişdir.
Hazırda Qarabağ Universitetinin İncəsənət fakültəsində dosent kimi fəaliyyət göstərir.
Təhsili
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
İxtisas: Orkestr alətləri (Truba, Trombon)
1991–1996
Tədqiqat maraqları
Truba ifaçılığı; Orkestr təcrübəsi; Nəfəs alətləri pedaqogikası; Kamera musiqisi; Truba alətləri ifa texnikası