Ulvi Haciyev
Bioqrafiya
Ülvi Hacıyev 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində xalq çalğı alətləri ifaçılığı (qarmon) ixtisası
üzrə bakalavr və magistr təhsili almışdır.
Peşəkar fəaliyyəti dövründə müxtəlif ümumtəhsil və musiqi məktəblərində müəllim
kimi çalışmışdır. 2013-cü ildə Türkiyədə keçirilən beynəlxalq festivalda Azərbaycanı
təmsil etmişdir. O, bir sıra konsert proqramlarında və musiqi festivallarında çıxış etmişdir.
2024-cü ildən Qarabağ Universitetinin İncəsənət fakültəsində qarmon müəllimi kimi
fəaliyyət göstərir. Universitetin rəsmi konsert proqramlarında və “Xarıbülbül” Beynəlxalq
Musiqi Festivalında çıxış etmişdir.
Milli musiqi ənənələrinin qorunması və inkişafı istiqamətində fəal fəaliyyət göstərir.
Təhsili
Bakalavr təhsili:
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İxtisas: Xalq çalğı alətləri ifaçılığı (Qarmon)
2010–2014
Magistratura təhsili:
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İxtisas: Xalq çalğı alətləri ifaçılığı
2016–2018
Tədqiqat maraqları
Qarmon ifaçılığı; Azərbaycan xalq musiqisi; Xalq ansamblı təcrübəsi; Ənənəvi musiqidə improvizasiya; İnstrumental pedaqogika