Sənan Mustafayev
Bioqrafiya
Sənan Mustafayev 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində bakalavr və magistr təhsili almışdır.
2019-cu ildən pedaqoji fəaliyyətlə məşğuldur və müxtəlif ali təhsil müəssisələrində
müəllim kimi çalışmışdır. Musiqi nəzəriyyəsi, ifaçılıq və metodika sahəsində fəaliyyət
göstərmişdir.
Akademik və mədəni layihələrdə iştirak etmiş, gənc musiqiçilərin hazırlanmasına töhfə
vermişdir.
Hazırda Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərir.
Təhsili
Bakalavr təhsili:
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İxtisas: Aktyor sənəti (Aşıq)
2014–2018
Magistratura:
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İxtisas: Aşıq sənəti
2018–2020
Tədqiqat maraqları
Saz ifaçılığı; Aşıq sənəti üzrə tədqiqatlar; Şifahi musiqi ənənələri; Xalq musiqisində improvizasiya; Xalq çalğı alətləri pedaqogikası