İncəsənət fakültəsi

Səbuhi İbayev

Səbuhi İbayev

Əlavə vəzifəsi
Vizual və vokal sənətləri kafedrasının müdiri, Müəllim
Ext
7765

Bioqrafiya

Səbuhi İbayev 1976-cı ildə Ağdam rayonunun Şurabad kəndində anadan olmuşdur. İlk musiqi təhsilini Ağdam şəhərində Xan Şuşinski adına Musiqi Məktəbində almışdır. 1995–1998-ci illərdə Qarabağ bölgəsində hərbi xidmət keçmişdir.
1999-cu ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olmuş, təhsil illərində bir sıra müsabiqələrin laureatı olmuşdur. Həmin ildən Muğam Teatrında solist kimi fəaliyyətə başlamışdır. 2001-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunmuş və burada “Leyli və Məcnun” operasında Məcnun, “Şah İsmayıl” operasında Şah İsmayıl və “Aşıq Qərib” operasında Qərib obrazlarını uğurla ifa etmişdir.
2007-ci ildə Azərbaycan Milli Konservatoriyasının bakalavr pilləsini bitirmiş, 2017–2019-cu illərdə həmin ali təhsil müəssisəsində magistratura təhsili almışdır. 2009-cu ildə Prezident mükafatına, 2010-cu ildə isə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
2003-cü ildən pedaqoji fəaliyyət göstərən Səbuhi İbayev Azərbaycan mədəniyyətini 20-dən çox ölkədə uğurla təmsil etmişdir. Hazırda o, Azərbaycan Milli Konservatoriyasının müəllimi, Akademik Opera və Balet Teatrının solisti və 2024-cü ildən Qarabağ Universitetinin İncəsənət fakültəsində kafedra müdiri vəzifəsində fəaliyyət göstərir. Eyni zamanda dövlət əhəmiyyətli və beynəlxalq tədbirlərdə ölkəni və universiteti təmsil edir.

Təhsili

Bakalavr təhsili: Azərbaycan Milli Konservatoriyası
İxtisas: Solo oxuma
2003-2007

Magistratura: Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xanəndəlik 
2017–2019

Mükafatlar

Əməkdar artist

Tədqiqat maraqları

Solo oxuma; Vokal ifaçılıq; Muğam ifaçılığı; Azərbaycan ənənəvi musiqisinin interpretasiyası; İfaçılıq praktikası.

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.