İncəsənət fakültəsi

Oqtay Bağırov

Oqtay Bağırov

Əlavə vəzifəsi
Müəllim

Bioqrafiya

Oqtay Bağırov 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi
Məktəbini və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.
1984–1992-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestrində solist
kimi fəaliyyət göstərmişdir. 1992–2024-cü illərdə Türkiyənin Trakya Universiteti Dövlət
Konservatoriyasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Uzun illər beynəlxalq konsert proqramlarında iştirak etmiş və geniş səhnə təcrübəsi
qazanmışdır.
Hazırda Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərir.

Təhsili

Bakalavr təhsili:
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
İxtisas: Orkestr alətləri (Klarnet)
1985–1990

Tədqiqat maraqları

Klarnet ifaçılığı; Orkestr təcrübəsi; Nəfəs alətləri pedaqogikası; Kamera musiqisi; Azərbaycan klarnet repertuarı

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.