İncəsənət fakültəsi

Nurlan Cəbizadə

Nurlan Cəbizadə

Əlavə vəzifəsi
Müəllim

Bioqrafiya

Nurlan Cəbizadə 1996-cı ildə Ağsu rayonunda anadan olmuşdur. Tar ixtisası üzrə
təhsilini Azərbaycan Milli Konservatoriyasında almış, bakalavr və magistr pillələrini
uğurla bitirmişdir.
Respublika və beynəlxalq müsabiqələrin laureatıdır. 2018-ci ildə Respublika və
Beynəlxalq Muğam Müsabiqəsində I yerə layiq görülmüşdür. Türkiyə, İran, Avstriya və
Rusiya daxil olmaqla müxtəlif ölkələrdə konsert proqramları ilə çıxış etmişdir.
2017–2024-cü illərdə müxtəlif musiqi müəssisələrində və Azərbaycan Milli
Konservatoriyasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Hazırda Qarabağ Universitetinin İncəsənət fakültəsində “Tar” ixtisası üzrə müəllim kimi
çalışır.

Təhsili

Bakalavr təhsili:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri ifaçılığı (Tar)
2013–2017

Magistratura:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri ifaçılığı (Tar)
2018–2020

Tədqiqat maraqları

Tar ifaçılığı; Muğam instrumental ifaçılığı; Azərbaycan xalq musiqisi; Muğamda improvizasiya; İnstrumental pedaqogika

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.