İncəsənət fakültəsi

Bioqrafiya

Nuray Babayeva 1993-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini
Ərtoğrul Cavid adına Uşaq Musiqi Məktəbində almış, Naxçıvan Musiqi Kollecini və
Azərbaycan Milli Konservatoriyasında bakalavr və magistr pillələrini bitirmişdir.
Təhsil illərində konsert və mədəni layihələrdə fəal iştirak etmiş, milli musiqi ənənələrinin
təbliği istiqamətində çıxışlar etmişdir. Pedaqoji fəaliyyətə erkən başlamış və musiqi
təhsilinin inkişafına töhfə vermişdir.
Müxtəlif konsert proqramlarında və yaradıcılıq layihələrində iştirak etmişdir.
Hazırda Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərir.

Təhsili

Bakalavr təhsili:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri ifaçılığı (Qanun)
2013–2017

Magistratura:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri ifaçılığı (Qanun)
2017–2019

Tədqiqat maraqları

Qanun ifaçılığı; Muğam instrumental ifaçılığı; Azərbaycan xalq musiqisi; İmprovizasiya üzrə tədqiqatlar; Xalq çalğı alətləri pedaqogikası

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.