İncəsənət fakültəsi

Bioqrafiya

Nərgiz Mansurova 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Fortepiano ixtisası
üzrə təhsilini uşaq musiqi məktəbində başlamış, Asəf Zeynallı adına orta ixtisas musiqi
məktəbini və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə
diplomu ilə bitirmişdir.
Tələbəlik illərində respublikanın müxtəlif bölgələrində və xaricdə konsert proqramları ilə
çıxış etmişdir. 1986-cı ildə elmi-ifaçılıq müsabiqəsində mükafata layiq görülmüşdür.
1988-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Uzun illər Bakı Musiqi Akademiyasında
müəllim kimi çalışmış, tələbələri respublika və beynəlxalq müsabiqələrdə uğurlar
qazanmışdır. 2021-ci ildə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür.
Hazırda Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərir.

Təhsili

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
İxtisas: Fortepiano
1983–1988

Mükafatlar

Əməkdar Müəllim

Tədqiqat maraqları

Piano ifaçılığı; Azərbaycan piano repertuarı; İfaçılıq təcrübəsi; Piano pedaqogikası; Kamera musiqisi

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.