Natəvan Həsənli
Bioqrafiya
Həsənli Natavan 2017–2021-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Dizayn ixtisası üzrə ali təhsil almışdır. Təhsil müddətində müxtəlif layihələr və yaradıcılıq işləri üzərində çalışaraq peşəkar inkişafını davam etdirmişdir. 2021-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistratura təhsilinə qəbul olmuş və bu dövrdə dizayn sahəsinin müxtəlif istiqamətlərini dərindən öyrənmiş, xüsusilə interyer dizayn və kompüter qrafikası üzrə bilik və bacarıqlarını təkmilləşdirmişdir. Magistr təhsilini bitirdikdən sonra o, dizayn sahəsində bir ildən artıq interyer dizayner kimi fəaliyyət göstərmiş, müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsində iştirak etmişdir. Layihələrdə əsas diqqətini funksionallıq, estetik görünüş və müasir dizayn prinsiplərinin uyğunlaşdırılmasına yönəltmişdir. Hal-hazırda Həsənli Natavan freelancer interyer dizayner kimi fəaliyyət göstərir.
Təhsili
Bakalavr: Azərbaycan Rəssamlıq Akademiyası
İxtisas: Dizayn
2017-2021
Magistratura: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İxtisas: Dizayn (İnteryer dizayn)
2021-2023
Tədqiqat maraqları
Memarlıq, interyer dizayn