İncəsənət fakültəsi

Kamran Kərimov

Kamran Kərimov

Əlavə vəzifəsi
Müəllim

Bioqrafiya

Kamran Kərimov 31 may 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.
Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirmiş,
Bakı Musiqi Akademiyasının zərb alətləri ixtisası üzrə məzun olmuşdur.
1998-ci ildə Fikrət Əmirov adına zərb alətləri müsabiqəsinin laureatı olmuşdur.
2017-ci ildə Səmərqənddə keçirilən “Şərq Təranələri” Beynəlxalq Musiqi Festivalında
Qran-Pri mükafatına layiq görülmüşdür.
1996-cı ildən etibarən dünyanın 60-a yaxın ölkəsində,
145-dən artıq şəhərdə Azərbaycanı təmsil etmişdir.
“Muğam Aləmi” Beynəlxalq Festivalı, Avropa Oyunları,
İslam Həmrəylik Oyunları və Formula 1 mərasimlərində çıxış etmişdir.
O, müxtəlif janrlarda – muğam, simfonik və caz layihələrində
tanınmış musiqiçilərlə əməkdaşlıq etmişdir.
2015-ci ildə “Əməkdar Artist” fəxri adına layiq görülmüşdür.
Hazırda Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərir.

Təhsili

Bakalvr Təhsil:
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: Zərb alətləri
1998–2002

Mükafatlar

Əməkdar Artist

Tədqiqat maraqları

Nağara ifaçılığı; Azərbaycan ritm musiqisi; Ənənəvi musiqidə ritmik sistemlər; Ansambl müşayiəti; Zərb alətləri pedaqogikası

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.