İqbal Orucov
Bioqrafiya
İqbal Orucov 12 iyul 1968-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
Sumqayıt Musiqi Texnikumunda fleyta ixtisası üzrə təhsil almış,
1997-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirmişdir.
Azərbaycan Dövlət Simfonik Orkestrində və
Müdafiə Nazirliyinin Nümunəvi Nəfəs Alətləri Orkestrində
fleyta ifaçısı kimi fəaliyyət göstərmişdir.
2016–2023-cü illərdə Türkiyənin Ərzincan Binali Yıldırım Universitetində
musiqi müəllimliyi üzrə pedaqoji fəaliyyət göstərmişdir.
Uzun illər orkestr artisti və müəllim kimi çalışmış,
ölkə daxilində və xaricdə konsert proqramlarında çıxış etmişdir.
O, həm ifaçı, həm də pedaqoq kimi musiqi təhsilinin inkişafına
töhfə verməyə davam edir.
Təhsili
Təhsil:
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: Orkestr alətləri (Fleyta)
1992–1997
Mükafatlar
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Tədqiqat maraqları
Fleyta ifaçılığı; Orkestr təcrübəsi; Nəfəs alətləri pedaqogikası; Fleyta üçün Azərbaycan repertuarı; Kamera musiqisi