Fəqan Həsənli
Bioqrafiya
Fəqan Həsənli 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavr və magistr pillələrini
fərqlənmə diplomu ilə, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun sinfində bitirmişdir.
2006-cı ildə respublika müsabiqəsində “Qran-pri” mükafatına layiq görülmüşdür.
2010-cu ildə Bolqarıstanda keçirilən beynəlxalq müsabiqədə I yer,
həmin ilin dekabrında Qara Qarayev adına I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsində I yer
qazanmışdır.
2019-cu ildə Tbilisidə Vaja Çaçava adına beynəlxalq müsabiqənin qalibi olmuşdur.
Qara Qarayevin “Üçsəsli fuqa”sının və Cahangir Qarayevin “12 kamerton” silsiləsinin ilk
ifaçısıdır.
VII Qəbələ Beynəlxalq Festivalında premyera çıxışı olmuşdur.
ABŞ, Rusiya, Türkiyə, İsrail, Qazaxıstan, Gürcüstan və digər ölkələrdə konsert və
festivallarda çıxış etmişdir.
2019-cu ildə M.Rostropoviç adına beynəlxalq festivalda dünya şöhrətli E.Bronfmanı
müşayiət etmişdir.
Hazırda Qarabağ Universitetində müəllim kimi fəaliyyət göstərir.
Təhsili
Bakalavr təhsili:
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: Fortepiano
2007–2011
Magistratura:
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: İnstrumental ifaçılıq (Fortepiano)
2011–2013
Tədqiqat maraqları
Piano ifaçılığı; Azərbaycan piano repertuarı; İfaçılıq təcrübəsi; Piano pedaqogikası; Kamera musiqisi