Fehruz Məmmədov
Bioqrafiya
Fəruz Məmmədov 23 avqust 1972-ci ildə Ağdam rayonunun Abdal kəndində anadan olmuşdur. 1979–1990-cı illərdə orta təhsilini doğma kəndində almış, musiqi təhsilinə isə 1985–1990-cı illərdə Xan Şuşinski adına Ağdam Musiqi Məktəbində başlamışdır. 1984–1985-ci illərdə “Qarabağ Bülbülləri” ansamblında fəaliyyəti onun peşəkar yaradıcılıq yolunun əsasını təşkil etmişdir.
1994–1998-ci illərdə Bakı Musiqi Akademiyasında ali təhsil almışdır. 2000-ci ildə Rafiq Babayev adına 25 nömrəli musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 2003-cü ildə “Dünya” konsert salonunda təqdim olunan “Rast” dəstgahı layihəsində yüksək ifaçılıq məharətinə görə təltif olunmuşdur. 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Fəruz Məmmədov yaradıcılığı ilə yanaşı, hərbi vətənpərvərlik tədbirlərində fəal iştirak etmiş, bu istiqamətdə bir sıra Fəxri Fərmanlarla mükafatlandırılmışdır. 2011–2013-cü illərdə Azərbaycan Milli Konservatoriyasında magistratura təhsili almışdır. 9 iyun 2023-cü ildən Ağdam Musiqi Kollecinin direktoru vəzifəsində çalışır. 2024-cü ildən Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərir və dövlət əhəmiyyətli tədbirlərdə uğurla çıxış edir.
Təhsili
Bakalavr təhsili: Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: Musiqili teatr ifaçılığı
1993–1998
Magistratura: Azərbaycan Milli Konservatoriyası
İxtisas: Solo oxuma
2011–2013
Mükafatlar
Əməkdar Artist
Tədqiqat maraqları
Solo oxuma; Vokal ifaçılıq; Muğam ifaçılığı; Azərbaycan ənənəvi musiqisinin interpretasiyası; İfaçılıq praktikası.