Elşən Mansurov
Bioqrafiya
Elşən Mansurov 1962-ci ildə Qusar rayonunda anadan olmuşdur. Üzeyir Hacıbəyli adına
Dövlət Konservatoriyasında ali musiqi təhsili almışdır. 1986-cı ildə keçirilən I Beynəlxalq
müsabiqənin qalibi olmuşdur.
1990-cı ildən pedaqoji fəaliyyətə başlamış, uzun illər Azərbaycan Milli
Konservatoriyasında dosent vəzifəsində çalışmışdır. 2007-ci ildə “Əməkdar artist”, 2020-
ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.
O, Almaniya, Fransa, İtaliya, ABŞ və digər ölkələrdə solo və ansambl konsert
proqramları ilə çıxış etmişdir. UNESCO və Heydər Əliyev Fondunun “Əbədi muğam”
layihəsində koordinator kimi fəaliyyət göstərmişdir.
Hazırda Qarabağ Universitetinin İncəsənət fakültəsində dosent kimi fəaliyyətini davam
etdirir.
Təhsili
Bakalavr təhsili:
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
İxtisas: Azerbaijani Folk Instruments (Kamança)
1985–1990
Mükafatlar
Xalq Artisti
Tədqiqat maraqları
Kamança ifaçılığı; Muğamın instrumental ifaçılıq təcrübəsi; Azərbaycan xalq instrumental musiqisi; Muğamda improvizasiya; İnstrumental ifaçılıq pedaqogikası