Elşad Şıxəliyev
Bioqrafiya
Elşad Şıxəliyev 10 mart 1995-ci ildə Xızı rayonu Giləzi kəndində anadan olmuşdur. Sumqayıt Musiqi Kollecini bitirmiş və 2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının bakalavr pilləsinə qəbul olunmuşdur.
2020-ci ildə ABŞ-ın Nyu-York ştatında keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görülmüşdür.
Həmin ildə Qazaxıstan və Başqırğızıstanda keçirilən beynəlxalq müsabiqələrdə də I yer qazanmışdır.
2021-ci ildə magistratura pilləsinə qəbul olunmuş,2023-cü ildə bitirmişdir.
2022-ci ildən Azərbaycan Dövlət Filarmoniyasında konsertmeyster kimi fəaliyyət göstərir.
Aktiv konsert və pedaqoji fəaliyyəti davam edir.
Təhsili
Bakalavr təhsili:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri ifaçılığı (Balaban)
2017–2021
Magistratura:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri ifaçılığı (Balaban)
2021–2023
Tədqiqat maraqları
Balaban ifaçılığı; Azərbaycan xalq nəfəs alətləri; Muğam instrumental ifaçılığı; İmprovizasiya üzrə tədqiqatlar; Nəfəs alətləri pedaqogikası