İncəsənət fakültəsi

Bioqrafiya

Əzizov Ceyhun 1999-cu ildə Salyan şəhərində anadan olmuşdur.
Musiqi təhsilinə erkən yaşlarda başlamış və Bülbül adına Orta İxtisas
Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır.
2013-cü ildə V. Safonov adına X Beynəlxalq müsabiqədə II yerə
layiq görülmüşdür. 2018-ci ildə Tbilisidə keçirilən Vaja Çaçava
adına Beynəlxalq müsabiqədə II yer qazanmışdır. Həmin ildə
Fransada keçirilən Adilia Alieva adına Beynəlxalq müsabiqədə
I yerə layiq görülməsi onun beynəlxalq səviyyədə tanınmasında
mühüm rol oynamışdır.
2016–2020-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında
bakalavr, 2020–2022-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində magistr təhsili almış və fərqlənmə ilə
bitirmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yeni adlar”
layihəsində iştirak etmiş, solo konsert proqramları ilə çıxış etmişdir.
2024-cü ildən Qarabağ Universitetinin İncəsənət fakültəsində
müəllim kimi fəaliyyət göstərir və pedaqoji fəaliyyətlə yanaşı
ifaçılıq fəaliyyətini davam etdirir.

Təhsili

Bakalavr təhsili: 
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
İxtisas: Fortepiano
2016–2020

Magistratura:
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İxtisas: İnstrumental ifaçılıq (Fortepiano)
2020–2022

Tədqiqat maraqları

Piano ifaçılığı; İfaçılıq təcrübəsi; Azərbaycan piano repertuarı; Müasir piano tədqiqatları; Piano pedaqogikası

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.