Bəhruz Zeynalov
Bioqrafiya
Bəhruz Zeynalov 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuşdur.
Tar ixtisası üzrə musiqi təhsilinə Xaçmaz Musiqi Məktəbində başlamış,
daha sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirmişdir.
2007–2011-ci illərdə Azərbaycan Milli Konservatoriyasında bakalavr,
2014–2016-cı illərdə isə magistr təhsili almışdır.
2005-ci ildə Əhsən Dadaşov adına Respublika müsabiqəsinin laureatı olmuş,
2013-cü ildə III Beynəlxalq Muğam Festivalında I yerə layiq görülmüşdür.
2018-ci ildən Xalq artisti İsfar Sarabski ilə yaradıcılıq əməkdaşlığı etmişdir.
2021-ci ildə Montreux Jazz Festivalında çıxış edərək Azərbaycan musiqisini beynəlxalq səviyyədə təmsil etmişdir.
Fransa, Almaniya, İtaliya, İsveçrə, Norveç, Türkiyə və digər ölkələrdə tar və ud ifaçısı kimi konsert proqramları ilə çıxış etmişdir.
2024-cü ildən 2025-ci ilə qədər Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir. 2025-ci ildən Qarabağ Universitetinin “İnstrumental İfaçılıq” kafedrasında müəllim kimi fəaliyyət göstərir.
Təhsili
Bakalavr təhsili:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: İnstrumental ifaçılıq (Xalq çalğı alətləri)
2007–2011
Magistratura:
Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri ifaçılığının nəzəriyyəsi və metodikası
2014–2016
Tədqiqat maraqları
Tar ifaçılığı; Muğam instrumental ifaçılığı; Xalq çalğı alətləri pedaqogikası; Azərbaycan ənənəvi musiqisi; İmprovizasiya üzrə tədqiqatlar