İncəsənət fakültəsi

Aynur Abdullayeva

Aynur Abdullayeva

Əlavə vəzifəsi
Müəllim

Bioqrafiya

Abdullayeva Aynur Rövşən qızı 3 yanvar 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur.
2002–2013-cü illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil almışdır.
2013–2017-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavr,
2022–2024-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində
magistr təhsili almışdır.
2017-ci ildən Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında
müəllim və konsertmeyster kimi fəaliyyət göstərir. 2018-ci ildə Azərbaycan Dövlət
Xor Kapellasında konsertmeyster vəzifəsində çalışmışdır.
Respublika və beynəlxalq müsabiqələrin laureatıdır. 2014-cü ildə İstanbul şəhərində
keçirilən Beynəlxalq Pera Piano Festivalında I yerə layiq görülmüşdür.
Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı,
Azərbaycan Milli İncəsənət Muzeyi və digər səhnələrdə solo və orkestr müşayiəti
ilə çıxış etmişdir.
2024-cü ildə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə
S. Raxmaninovun “Paganini mövzusuna rapsodiya” əsərini ifa etmişdir.
Hazırda pedaqoji və ifaçılıq fəaliyyətini davam etdirir.

Təhsili

Bakalavr təhsili:
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: Fortepiano
2013–2017

Magistratura:
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İxtisas: İnstrumental ifaçılıq (Fortepiano)
2022–2024

Tədqiqat maraqları

Piano ifaçılığı; Azərbaycan piano repertuarı; İfaçılıq təcrübəsi; Piano pedaqogikası; Kamera musiqisi

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.