Arslan Növrəsli
Bioqrafiya
Arslan Növrəsli 24 aprel 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. XIX əsr şairi Mirzə Ələsgər Növrəsin kötücəsidir.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində tarzən Sərvər İbrahimov
(muğam) və Məhərrəm Məmmədovun (not ixtisası) sinfində təhsil almışdır.
Təhsil illərində respublika əhəmiyyətli tədbirlərdə çıxış etmiş,
VII Respublika müsabiqəsi və “Muğam-99” daxil olmaqla bir sıra
müsabiqələrin qalibi olmuşdur.
1999-cu ildə Bakı Musiqi Akademiyasına qəbul olunmuş, daha sonra
təhsilini Azərbaycan Milli Konservatoriyasında davam etdirmişdir.
2003-cü ildə bakalavr, 2005-ci ildə isə magistr pilləsini fərqlənmə
ilə bitirmişdir.
2004-cü ildən 2024-cü ilə qədər Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət
göstərmişdir. 2021-ci ilin avqust ayından 2024-cü ilin avqust ayına qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solisti vəzifəsində işləmişdir.
O, Azərbaycan tar ifaçılıq sənətində yenilikləri ilə tanınır,
klassik və etno-jazz layihələri ilə ölkəni beynəlxalq festivallarda
təmsil etmişdir. Çin Xalq Respublikasında, Həştərxan vilayətində
keçirilən beynəlxalq festivallarda, eləcə də müxtəlif konsert
zallarında solo və orkestr müşayiəti ilə çıxış etmişdir.
15 iyul 2024-cü ildən Qarabağ Universitetinin İncəsənət fakültəsi
İnstrumental ifaçılıq kafedrasının müdiri vəzifəsində çalışır.
Təhsili
Bakalavr təhsili: Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri (Tar ifaçılığı)
1999-2003
Magistratura: Azərbaycan Milli Konservatoriyası
İxtisas: Xalq çalğı alətləri (Tar ifaçılığı)
2003-2005
Tədqiqat maraqları
Tar ifaçılığı; Muğam instrumental ifaçılığı; Azərbaycan xalq instrumental musiqisi; İfaçılıq pedaqogikası; Ənənəvi musiqidə lad sistemləri