İncəsənət fakültəsi

Bioqrafiya

Həsənova Aida Mürsəl qızı Bakı şəhərində anadan olmuşdur. O, 1974-cü ildə
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olmuş və 1985-ci ildə oranı
uğurla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının
“Fortepiano” fakültəsinə qəbul olunmuş, 1990-cı ildə Üzeyir Hacıbəyov adına
Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə professor
Tərlan Seyidovun sinfində bitirmişdir.
1990-cı ildən etibarən pedaqoji fəaliyyətə başlamış, Azərbaycan Dövlət
Konservatoriyasının nəzdindəki məktəb-studiyada müəllim kimi çalışmışdır.
1993-cü ildən Xalq çalğı alətləri kafedrasında konsertmeyster vəzifəsində
fəaliyyət göstərmiş, kafedranın tədbirlərində fəal iştirakına görə fəxri
fərmanlarla təltif olunmuşdur. 2001–2003-cü illərdə G.Şaroyev adına 11 illik
musiqi məktəbində direktor müavini vəzifəsində çalışmışdır.
2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının “Fortepiano” kafedrasında
müəllim, baş müəllim və dosent vəzifələrində fəaliyyət göstərmişdir.
2015-ci ildə “Azərbaycan bəstəkarlarının yaradıcılığında himn və odalar”
mövzusunda dissertasiya müdafiə etmiş, 2017-ci ildə sənətşünaslıq üzrə
fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Elmi məqalələri yerli və
beynəlxalq nəşrlərdə dərc olunmuş, konfranslarda məruzələrlə çıxış etmişdir.
2024-cü ildən Qarabağ Universitetinin “İnstrumental İfaçılıq” kafedrasında
baş müəllim kimi fəaliyyət göstərir.
 

Təhsili

Bakalvr təhsil:
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası
İxtisas: Fortepiano
1985–1990

Tədqiqat maraqları

Piano ifaçılığı; Azərbaycan piano repertuarı; İfaçılıq təcrübəsi; Piano pedaqogikası; Tarixi musiqişünaslıq

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.