İncəsənət fakültəsi

Bioqrafiya

Qarayeva Afaq İlyas qızı 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1992–1999-cu illərdə K. Səfərova adına 16 saylı musiqi məktəbinin fortepiano
sinfində təhsil almış, 1999–2003-cü illərdə Musiqi Texnikumunda (hazırkı ADTX)
orta ixtisas təhsilini davam etdirmişdir.
2003–2007-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında
bakalavr pilləsini (Nəzakət Rimazinin sinfi), 2007–2009-cu illərdə isə
magistratura pilləsini fərqlənmə ilə bitirmişdir. Magistratura təhsili
dövründə “Nəfəs və zərb alətləri” və “Xor dirijorluğu” kafedralarında
konsertmeyster kimi fəaliyyət göstərmişdir.
2009-cu ildən “Ümumi fortepiano”, 2012-ci ildən isə “Konsertmeyster ustalığı”
kafedrasında baş müəllim kimi fəaliyyətini davam etdirir. 2016-cı ildə
Çexiyada keçirilən beynəlxalq müsabiqənin laureatı olmuşdur.
Pedaqoji fəaliyyətlə yanaşı, ifaçı kimi konsert və müsabiqələrdə çıxış etmiş,
müxtəlif mükafatlara layiq görülmüşdür. 2022-ci ildə Naxçıvan Dövlət
Universitetində ustad dərsi keçmiş, 2023-cü ildə Kazan Dövlət
Konservatoriyasında ixtisasartırmada iştirak etmişdir.
Hazırda “Cadenza” orkestrinin icraçı direktoru və 2024-cü ildən etibarən
Qarabağ Universitetinin İfaçılıq fakültəsinin müəllimidir.

Təhsili

Bakalavr təhsili: Bakı Musiqi Akademiyası
İxtisas: Fortepiano
2003-2007

Magistratura: Bakı Musiqi Akademiyası
İxtisas: Fortepiano
2007-2009

Tədqiqat maraqları

Piano ifaçılığı; İfaçılıq təcrübəsi; Azərbaycan piano repertuarı; Piano pedaqogikası; Kamera musiqisi

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.