Abbas Abdulla-zadə
Bioqrafiya
Abdullazadə Abbas Davud oğlu 29 may 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur.
O, fortepiano üzrə peşəkar musiqi təhsilinə erkən yaşlarda başlamış və Azərbaycan Milli
Konservatoriyası nəzdində Musiqi Kollecinin fortepiano ixtisasını uğurla bitirmişdir.
Təhsilini davam etdirərək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavr
və magistr pillələri üzrə ali təhsil almışdır.
Təhsil illəri ərzində bir sıra nüfuzlu respublika və beynəlxalq müsabiqələrin laureatı
olmuşdur. Onun əsas nailiyyətləri sırasında Qara Qarayev adına Respublika
müsabiqəsi,
“Asəf Zeynallı-100” müsabiqəsi, Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmuş müsabiqə,
eləcə də İslam Dünyası Gənc Klassik Musiqi İfaçılarının III Beynəlxalq müsabiqəsində
I yer xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, İtaliyada keçirilən “Don Vincenzo Vitti”
Beynəlxalq Fortepiano müsabiqəsində mükafata layiq görülmüşdür.
2017-ci ildən etibarən Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində
fortepiano ixtisası üzrə müəllim və konsertmeyster kimi fəaliyyət göstərir. Onun
akademik və pedaqoji fəaliyyəti solo ifaçılıq və ansambl sahələrini əhatə edir.
Təhsili
Bakalavr təhsili:
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: Fortepiano
2013–2017
Magistratura:
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
İxtisas: İnstrumental ifaçılıq (Fortepiano)
2017–2019
Tədqiqat maraqları
Piano ifaçılığı; Azərbaycan piano repertuarı; İfaçılıq təcrübəsi; Piano pedaqogikası; Kamera musiqisi