Qarabağ Universitetinin tələbələri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən sərgidə uğur qazanıb

oktyabr 04, 2025
Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin tələbələrindən ibarət "İmpuls" komandası Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində keçirilən “Dayanıqlı Expo: Planet üçün incəsənət və innovasiya” sərgisində iştirak edib.

Sərgi COP 29 və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) tərəfdaşlığı ilə Heydər Əliyev Mərkəzində təşkil olunub.

Tədbirdə iqlim məsələlərinə dair rəsm əsərləri, eləcə də respublikamızın 7 ali təhsil müəssisəsini və Aqrar İnnovasiya Mərkəzini təmsil edən 15 komandanın startap layihələri təqdim olunub.

Qarabağ Universitetinin "İmpuls" komandası tərəfindən təqdim olunan "Harvest Together" adlı startap layihəsi böyük maraqla qarşılanıb və mükafatlandırılan layihələr sırasında yer alıb. Sonda komanda üzvləri müvafiq sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, sərgidə Qarabağ Universitetindən İqtisadiyyat fakültəsinin II kurs tələbələri Nizam Əlizadə, Amin Nuriyev və Ümüd Muradov təmsil olunublar.

Daha çox Xəbərlər