Ümumi məlumat
Qarabağ Universitetinin kitabxanası aparıcı struktur bölmələrdən biri olaraq təlim-tərbiyə və elmi tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyat və informasiya resursları ilə təmin edir, beynəlxalq biliklərin təbliğini həyata keçirən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzi kimi fəaliyyət göstərir.
Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanası eyni anda 200 tələbənin istifadəsi üçün nəzərdə tutulmuşdur.
Kitab fondunda azərbaycan, ingilis və rus dillərində 6000-dən çox dərslik, dərs vəsaiti və digər ədəbiyyat mövcuddur.
Eyni zamanda, tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.
Bundan əlavə, kitabxana elmi məqalələr, tədqiqatlar və digər akademik materiallarla zəngin olan “Scopus”, “Web of Science” kimi mötəbər elmi məlumat bazalarına çıxış imkanları təqdim edir.
Müəllim və tələbələrin qrup şəklində fəaliyyətləri üçün kitabxanada müzakirə otaqları da yaradılmışdır.