
Qarabağ Universitetinin əsas tədris binası Xankəndi şəhərinin mərkəzində yerləşir.
Əsas tədris binasında fəaliyyət göstərən 5 fakültədə (Pedaqoji, Mühəndislik, İqtisadiyyat, Turizm, Humanitar və sosial elmlər) 20 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.
Sahəsi 6800 m2 olan əsas tədris binasında 37 auditoriya, 55 inzibati otaq, 1 kitabxana, 6 laboratoriya, 1 akt zalı, 2 iclas zalı, 1 yeməkxana, 1 tibb məntəqəsi, 2 idman zalı və 55 texniki otaq olmaqla ümumilikdə 161 otaq istifadəyə verilib.
Əsas tədris binasının qarşısında 2,3 ha ərazidə müasir tələblərə uyğun yeni park salınıb. Universitetin həyətində 1,1 ha sahədə yaşıllaşdırma işləri həyata keçirilib.