
Qarabağ Universiteti Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb.
Əsas məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasından ibarətdir.
Xankəndi şəhərində yerləşən Universitet Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malikdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunub.
20 sentyabr 2024-cü ildə isə Prezident İlham Əliyev universitetin təmirdən sonra açılışında iştirak edərək, müəllim və tələbə heyəti ilə görüşüb.
23 sentyabr 2024-cü il tarixindən etibarən isə Qarabağ Universiteti 1154 tələbə, 6 fakültə, 27 ixtisas ilə ilk tədris ilinə başlayıb.
Qeyd edək ki, Qarabağ Universiteti 1969-cü ildə Xankəndi şəhərində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun binasında fəaliyyət göstərir.